RU

Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın

Şəmkir şəhərində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 1200 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbədə bitişik iki mənzilin eyvanlarının dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Yüksək temperaturdan hər iki mənzilin eyvanının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Dam örtüyünün və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
41
4
axar.az

5Источники