RU

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn mövsüm yüksək yerlər uğrunda mübarizə aparacağı gözlənilən “Kəpəz” mövsümlərarası fasilədə 12-ci futbolçusunu da göndərdi. Komanda bu gün Rauf Hüseynli ilə yollarını ayırdı.Maraqlıdı ki, gedənlərin əksəri son mövsümdə komandanın simasını müəyyənləşdirən futbolçulardı.Onların premyer-liqanın son mövsümündə keçirdiyi oyun sayına baxaq: Karim Lkoça – 33, Yeqor Xvalko, Camal Cəfərov – 31, Rojerio Santos – 31, Valdemar Almeyda (Pana) – 29, Turan Manafov – 28, Dioqo Verdaşka, Rauf Hüseynli – 27, Nicat Süleymanov – 20, Rati Ardazişvili – 18, Trent Buhagyar – 12. Gedənlərdən yalnız Tural Rzayev 2 oyun keçirilib. Beləliklə, komanda faktiki sökülür və yenidən qurulacaq. “Kəpəz”i elitada məhz bu futbolçular saxlayıb. Onlara münasibətdə sərt “soyqırım” siyasəti yürütməyi əsaslandıran səbəb varmı? Təbii ki, yoxdu. Heç mövsümlərarası dövrdə hansısa tutarlı transfer də yoxdu. Gələnlər kimdi? Ezekyel Morqan icarədən qayıdıb, Şakir Seyidov var, bir də Portuqaliya çempionatından gələn Pedro Qomeş...Görünən odu ki, komanda gələn mövsüm də yüksək yerlər və ya ortabablar sırasında qərarlaşmaq yox, elitada qalmaq uğrunda oynayacaq. Amma gəncəli azarkeşlər buna növbəti dəfə dözəcəkmi?...Səttar Bəhlulzadə həyatda olsaydı, daha bir “Kəpəzin göz yaşları” tablosunu yaradardı!MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
icma.az

2Источники