RU

Aldadılaraq Ukrayna ilə döyüşə aparılan azərbaycanlı: “Məni xilas edin” – VİDEO

Rusiyada aldadılaraq Ukrayna müharibəsinə göndərilən azərbaycanlı vətəndaş Prezident İlham Əliyevə müraciət edib.

KONKRET.az xəbər verir ki, özünü Şahruz İsrail oğlu Əliguliyev kimi təqdim edən azərbaycanlı şəxsi videosunda bildirib ki, daha yaxşı qazanc ümidi ilə Sankt-Peterburqa gedib. Lakin orada ona yüksək maaş vəd edərək hərbi təlim poliqonuna aparıblar və indi onu Ukraynadakı müharibəyə göndərmək istəyirlər.

“Hazırda poliqondayam, amma bizi tezliklə döyüş bölgəsinə göndərəcəklər. Bura birbaşa ölüm yeridir. Mən buradan yalnız Azərbaycanın Prezidenti İlham Əliyevin köməkliyi ilə xilas ola bilərəm,” – deyə o videomüraciətində bildirir.

Şahruz bildirib ki, bu vəziyyətə düşməsində öz tamahkarlığını günahlandırır, lakin həyatını xilas etmək üçün ölkə rəhbərliyindən dəstək gözləyir.

Natiq Səlim,
KONKRET.az

Избранный
38
konkret.az

1Источники