RU

Mirzə Qurbanov vəfat etdi – FOTO

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

Referans xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini müvəffəqiyyətlə bitirib.

O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

 
2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb. Mirzə Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.

Allah rəhmət eləsin!  

Избранный
28
22
referans.az

10Источники