RU

Ermənistan XİN: "İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub"

İrəvan Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutmuş görüşü uğurlu hesab edir.

Moderator.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyanın nazirliyin "Telegram" kanalında paylaşılan bəyanatında deyilir.

"Ermənistan da Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər", - deyə Badalyan qeyd edib.

Избранный
20
3
moderator.az

4Источники