RU

Britaniya və Fransa qanunsuz miqrantları geri qaytarmaq üçün sınaq sxemi işə salacaqlar

Bakı. Trend:

London və Paris hava ilə doldurulan qayıqlarla La Manş boğazınıkeçən qeyri-qanuni miqrantların Böyük Britaniyaya qaytarılması üçünsınaq sxemi işə salacaqlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın başnaziri Kir Starmer London yaxınlığındakı Nortvud bazasında Fransaprezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransındadeyib.

Məlumata əsasən, layihə Fransaya qayıdan hər qeyri-qanunimiqrant üçün Böyük Britaniya qonşu ölkənin ərazisindən bir miqrantqəbul edəcək, lakin bu qanuni əsaslarla baş tutacaq.

"Hər çıxarılma müqabilində başqa bir şəxs bura təhlükəsiz,nəzarət edilən və qanuni marşrutla, ciddi təhlükəsizlikyoxlamalarından keçməklə və yalnız Böyük Britaniyaya qanunsuz daxilolmağa cəhd etmədiyi halda gələ biləcək", - deyə K.Starmerbildirib.

O bildirib ki, sxem "gələcək həftələrdə" işə düşməlidir.

Избранный
20
2
az.trend.az

5Источники