RU

NASA-nın 2 mindən çox əməkdaşı işini tərk edir

NASA-nın 2145 əməkdaşı işini tərk etmək üzrədir. Metbuat.az xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının federal işçi qüvvəsini azaltmaq səyləri çərçivəsində həyata keçiriləcək. ABŞ-nin “Politico” jurnalının əldə etdiyi sənədlərə görə, NASA-nın yüksək səviyyəli əməkdaşları öz vəzifələrini tərk edəcək. Sənədlərdə deyilir ki, 2145 işçinin əksəriyyəti Trump administrasiyasının təklif etdiyi erkən pensiya, könüllü işdən çıxma ödənişi və ya təxirə salınmış istefa variantları ilə işdən ayrılacaq. İş yerlərini tərk edənlərin əksəriyyətinin NASA-nın elmi araşdırmalar apardığı sahələrdə işlədiyi bildirilir.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldikdən sonra Hökumətin Səmərəliliyi Departamenti vasitəsilə minlərlə federal işçini işdən azad edib.

Избранный
26
1
metbuat.az

2Источники