RU

"Real" tarixindəki ən zəif mövsümlərdən birini yaşayıb - 84 qol buraxaraq antirekordu təkrarladı

Madridin “Real” klubu 2024/2025 mövsümündə müdafiədə ciddi problemlərlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, "kral" klubu bütün turnirlərdə ümumilikdə 84 qol buraxaraq klub tarixindəki antirekordu təkrarlayıb. Bu göstərici daha əvvəl yalnız 1998/1999 mövsümündə qeydə alınmışdı.

“Los Blankos” mövsüm ərzində beş dəfə bir oyunda dörd və ya daha çox qol buraxıb. Ən yaddaqalan məğlubiyyətlərdən biri “Barselona”ya qarşı olub — kataloniyalılar La Liqa qarşılaşmalarında ümumi 8:3 hesabı ilə üstün gəlib, həmçinin İspaniya Superkubokunun finalında “Real”ın qapısından 5 top keçiriblər.

“Real Sosyedad” da ölkə kubokunda madridliləri 4 dəfə məyus edib. Klublararası dünya çempionatının yarımfinalında isə Fransanın PSJ klubuna 0:4 hesabı ilə uduzub. Bu görüşdə parislilər artıq oyunun 24-cü dəqiqəsində 3:0 hesabı ilə önə keçmişdi.

 

Избранный
39
90deqiqe.az

1Источники