RU

Dövlət Departamenti: Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir

Vaşinqton, 10 iyun, AZƏRTAC

Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Tramp administrasiyası və Dövlət katib Rubionun yanaşması öz sözünü deyir. “O, kabinet iclasında da ABŞ-ın sülh üçün çalışan bir administrasiya olduğunu söyləyib. Onlar bunun üçün nə lazımdırsa, edəcəklər. Bu dəyişməyib. Bu, “Amerikanı yenidən böyük etmək” öhdəliyinin əsas mahiyyətidir və əlbəttə ki? ətrafımızdakı dünyanın vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə o qeyd edib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
52
8
azertag.az

10Источники