RU

Yeniyetmə oğlan anasının maşınına qızları mindirdi; polis qadını cərimələdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Anasının “09”nu icazəsiz götürüb qız dostlarını avtomobilin kapotunda gəzdirən yeniyetmə polis tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın İrkutsk vilayətində baş verib. Vilayətin Vixorevka şəhərində 16 yaşlı yeniyetmə anasının “Lada-2109” markalı avtomobilini icazəsiz götürərək iki qız dostunu kapota mindirib və onlarla birlikdə yaşadığı binanın həyətində gəzməyə başlayıb. Bundan təəccüblənən qonşular yeniyetmələrin bütün bu təhlükəli hərəkətlərini lentə alaraq sosial şəbəkələrdə yayıblar və polis videonu görərək hərəkətə keçib.

Görüntüləri izləyən hüquq-mühafizə orqanlarının əməkdaşları qayda pozan yeniyetməni tez bir zamanda müəyyən edib. Yeniyetmə və anası ərazi üzrə polis bölməsinə dəvət edilib. Söhbət zamanı yeniyetmə maşını aptekə getmək üçün götürdüyünü bildirib. Lakin azyaşlı məsuliyyətə cəlb edilib, anasına isə 30 min rubl məbləğində cərimə kəsilib.

Sözügedən hadisənin kadrlarını təqdim edirik.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
avtosfer.az

1Источники