RU

"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi

style='margin-bottom:10px;'>

"Çelye"nin baş məşqçisi Albert Riera Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Düşünürəm ki, bu cütün ilk oyunu olaraq, ən güclü komandası bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi".

Mütəxəssis fərqli səhvlərdən sonra buraxılan qollardan da danışıb: "Ola bilər ki, hansısa futbolçu fərdi səhvə yola verə bilər. Ulduz futbolçular da bunu edir. Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı ideoloji oyundur. Əsas budur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq".

A.Riera cütün taleyinin həll olunmadığını bildirib: "Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq".

O, növbəti oyunda ola biləcək penaltilər seriyasından da söz açıb: "Biz buna hazırıq. Futbolçularımızı hazırlamışıq. Amma indidən futbolçularımın beyninə bunun baş verəcəyini yeritmək istəmirəm. Olarsa, bunu yerinə yetirəcəyik".

A.Riera qeyd edib ki, Azərbaycanda heç vaxt işləmədiyinə görə, bu ölkənin futbolu haqda danışa bilməz. 

Mütəxəssis sonda öz narazılığından danışıb: "Bir şeyi qeyd etmək istəyirəm. Geyimlərin rəngi haqda danışmaq istəyirəm. Hər iki klubun geyimləri tünd rəngdə idi. Futbolçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma mənim işim deyil ki, hakimə bunu qeyd edim. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdı. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Avstriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim".

Избранный
32
2
teleqraf.com

3Источники