Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baza teleqram kanalında məlumat yayıb. Qırx yaşlı İvan Voroniç səsboğucusu olan tapança ilə vurulub. Küçədə ona yaxınlaşan naməlum şəxs 5 dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində Voroniç yerindəcə keçinib. Hücum edən şəxs hadisə yerindən qaçıb. İ.Voroniç USQ xüsusi əməliyyat mərkəzinin 16-cı şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı. Ajans.az hadisə anının görüntülərini sizlərə təqdim edir: