RU

Albert Riera: "Hələ heç nə bitməyib"

"Düşünürəm ki, bu cütün ilk oyunu olaraq, ən güclü komandası bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm".

İdman.biz xəbər verir ki, bunu "Selye"nin baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçından sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıdakı oyunda qeydə alınan 3:2 hesablı qələbəni şərh edib. O, cütdə hələ heç nəyin həll olunmadığını bildirib: "Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi. Qarşıda bizi 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

İdman.biz

Избранный
21
idman.biz

1Источники