RU

Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...


Ramil Hüseynov: “Danışıqlar vasitəçi olmadan keçirildiyi üçün ABŞ rəsmiləri belə qeyri-müəyyən açıqlamalarla çıxış edirlər”

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini ifadə edən bəyanatına münasibət bildirib.

Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini bildirib.

“Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm”, - o vurğulayıb.

Göründüyü kimi, Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini deyir. Rubio isə sülh sazişinin çox tezliklə imzalanacağına ümid etdiyini deyir, amma nəyin əsasında, bu məlum deyil. Yəni hər iki ABŞ rəsmisinin fikirləri müəmmalıdır. Rubionun fikirləri bir cür suallar doğurdu, Bryusun da izahı ayrı cür suallar doğurdu. Belə təəssürat yaranır ki, ABŞ rəsmiləri sülh sazişi məsələsində real bir şeyə söykənmir. Müəyyən mənada Rusiyanı qıcıqlandırmaq, Rusiya ilə Ermənistanın arasını vurmaq təəssüratı yaradır. Yəni guya ABŞ bu prosesdə iştirak edir, halbuki bunu göstərən əlamət yoxdur.

“Birləşmiş Ştatlar sülh istəyir, amma Rusiyanın əsas moderator qismində olmasını istəmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, danışıqlar vasitəçi olmadan keçirildiyi üçün ABŞ rəsmiləri belə qeyri-müəyyən açıqlamalarla çıxış edirlər: “Fikrimcə, ABŞ rəsmilərinin fikirləri bununla əlaqədar ola bilər. Çünki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ATƏT-in Minsk Qrupunu faktiki olaraq prosesdən kənarlaşdırdı. Avropa Şurasının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında müəyyən görüşlər keçirilsə də, sonra ikitərəfli danışıqlara üstünlük verdi və proses oturuşdu. Tərəflər ikitərəfli görüş keçirərək bir sıra məsələləri razılaşdırıblar. Əbu-Dabidə keçirilən görüş də ikitərəfli formatın davamıdır. Ancaq məlumatlar var ki, ABŞ dolayı olaraq ikitərəfli formata dəstək verir. Sülhün tezləşməsində maraqlıdır. Yəni Birləşmiş Ştatların tamamilə prosesdən kənarda olduğunu düşünmək doğru olmaz. Bir ara məlumat yayıldı ki, Trampın nümayəndəsu Uyutkoff məhz sülh məsələsi ilə əlaqədar Bakıya səfər edib. Düzdür, bu, rəsmi məlumat deyildi. Ancaq sonra bu məlumat təkzib də edilmədi. Bir sözlə, Birləşmiş Ştatlar sülh istəyir, amma Rusiyanın əsas moderator qismində olmasını istəmir”.

Vidadi ORDAHALLI

Избранный
36
baki-xeber.com

1Источники