RU

Rusiyada azərbaycanlı deputata səbəbsiz CƏZA KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xantı-Mansi Muxtar Dairəsində (XMAO) yaşayan azərbaycanlı deputat Xalid Taği-zadənin çıxışı ilə bağlı başlanmış araşdırma heç bir hüquqi pozuntu aşkarlamayıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prokurorluğu deputatın “XMAO özbək xalqının tarixi vətənidir” fikrində nə birbaşa, nə də dolayı yolla Rusiya Federasiyasının ərazi bütövlüyünə çağırış olduğunu müəyyən etməyib. Regionun ekspertləri də çıxışda ekstremizm əlamətləri aşkar etməyiblər.

Məsələ ilə bağlı açıqlama verən Xalid Taği-zadə bildirib: “Mən bilirdim ki, heç nə tapa bilməyəcəklər. Çünki çıxışımda nə ekstremizm var idi, nə də ərazi bütövlüyünə qarşı çağırış.”

Deputat onu araşdırma başa çatmadan cəzalandırılmasını, maaşdan məhrum edilməsini və komitə sədr müavini vəzifəsindən uzaqlaşdırılmasını ədalətsiz saydığını da qeyd edib:

“Dedim, amma dinləyən olmadı. Bu, qanunsuzdur. Konstitusiya normalarının pozulmasıdır. Bu, təhlükəli presedentdir – hakimiyyət orqanına belə təzyiq edilə bilərsə, insanı başdan ayağa palçığa batırıb sonra da qanunverici səviyyədə cəzalandırmaq mümkündür.”

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
konkret.az

2Источники