“Sabah” bu gün Avropa Liqasında debüt edib.
Rekord.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi olmuş paytaxt təmsilçisi Avroliqanın 2025/26 mövsümünün ilk təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk görüş Masazırda baş tutub. Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Daniyar Saxi olub.
“Bayquşlar” üçün “Çelye” ilə görüş tarixi əhəmiyyət kəsb edirdi. Belə ki, təmsilçimiz tarixində ilk dəfə Avroliqada mübarizə aparır. Sloveniya klubu ilə oyun komandanın baş məşqçisi Valdas Dambrauskas üçün də xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, o, yeni komandasının sükanı arxasında ilk rəsmi oyuna çıxmışdı.
Beş qolluq bu görüşdə qonaqlar qalib gəliblər.
Bu komandalar arasındakı cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi, ilk oyun
10 iyul
Sabah – Çelye 2:3
Qollar: Pavol Şafranko, 2; 18-pen - Franko Kovaçeviç, 8; 48. Darko Hrka, 90+3.
Hakimlər: Daniyar Saxi (Qazaxıstan).
“Bank Respublika Arena”.
Sabah: 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 6. Abdulla Xaybullayev, 10. Anatoli Nuriyev, 88. Xəyal Əliyev, 20. Coy-Lens Mikels, 18. Pavol Şafranko (k).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samigullin, 2. Amin Seydiyev, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinədin Uld Xaled, 32. Elgün Dünyamalıyev, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 70. Jesse Sekidika, 99. Nuqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.
Çelye: 21. Simon Sluqa, 23. Jan Karniçnik (k), 6. Artemiyus Tutişkinas, 3. Damyan Vuklişeviç, 2. Xuanxo Nyeto, 8. Mario Kvesiç, 19. Mark Zabukovnik, 11. Milot Avdili, 10. Daniel Şturm, 20. Nikita İosifov, 9. Franko Kovaçeviç.
Ehtiyat oyunçular: 1. Leban, 12. Kolar, 4. Hrka, 5. Vodeb, 7. Jevşenak, 14. Çidi, 15. David Kastro, 16. Vidoviç, 17. Kotnik, 24. Cevahiriç, 38. Yujek, 44. Beyger.
Baş məşqçi: Albert Riera.