Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb.
Satınalma predmetinə görə şirkətə 16 756,52 manat ödəniləcək. “İmprotex Motors” şirkəti 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
“İmportex Motors” şirkətinin ona məxsus olması hələ nazir olduğu dönəmlərdə ictimaiyyətə məlum idi.