RU

Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur?VİDEO

Bazarlarda üzərinə sprey boya vurulan şaftalılar satıldığı iddia olunur. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və insanların narahatlığına səbəb olub.

Bəs bu görüntülər harada çəkilib, ümumiyyətlə ölkəmizdə də belə şaftalıların satışı mümkündürmü?

Suallara aydınlıq gətirmək üçün əvvəlcə üz tutduq bazarlara.

Satıcılar isə deyirlər ki, hazırda bazarda satışda olan şaftalılar yerli məhsuldur. Yerli məhsullarda süni rənglənmə olmur.

Qida eksperti Məhsəti Hüseynova deyir ki, meyvələrin bu cür rənglənməsi ağır zəhərlənmələrə səbəb ola bilər. Meyvə alarkən onun haradan gətirildiyini dəqiqləşdirmək, meyvələri yaxşı yumaq, hətta lazım gələrsə, qabıqlarını soymaq məsləhət görülür.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən mövqe bildirilib.  

Избранный
31
xezerxeber.az

1Источники