RU

Daxili turizmə şərait yaratmayan məmurlar məsuliyyətə cəlb ediləcək

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daxili turizmə şərait yaratmayan məmurları məsuliyyətə cəlb etməyi tapşırıb.Newscenter.az Akorda-ya istinadən bildirir ki, Prezidentin mətbuat katibi Ruslan Jeldibay bu barədə məlumat yayıb. Onun sözlərinə görə, ictimaiyyətin çoxsaylı şikayətləri ilə əlaqədar dövlət başçısı hökumətin diqqətini Alakol yaxınlığındakı məşhur turizm zonasının istirahətçiləri qarşılamağa hazır olmamasına yönəldib. Xüsusilə, lazımi turizm infrastrukturu, xidmət və təhlükəsizlik lazımi səviyyədə təmin olunmayıb."Hökumət qısa müddət ərzində ölkənin bütün turizm istiqamətlərindəki vəziyyəti düzəltməlidir. Səhvlərə yol verən məmurlar məsuliyyətə cəlb olunacaqlar",-deyə Ruslan Jeldibay vurğulayıb.Anar Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
newscenter.az

2Источники