RU

İki maşın toqquşdu; motosiklet sürücüsünün ayağı qopdu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Motosiklet sürücüsü zəncirvari yol qəzasında ayağını itirib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin görüntüləri bir mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.Üsküdar rayonunun Abdullahağa küçəsində Üsküdar bələdiyyəsinə məxsus 34-TM-2057 dövlət nömrə nişanlı yük maşını sərt yoxuşu olan yoldan enərkən əyləcində nasazlıq yaranıb.

İdarəetmədən çıxan yük maşını digər yolda hərəkətdə olan Mahir Tulqarın idarə etdiyi 35-SK-2762 dövlət nömrə nişanlı ticarət maşını ilə toqquşub. 

Zərbənin təsirindən ticarət maşını aşıb və 34-CPM-710 dövlət nömrə nişanlı motosikletə çırpılıb. Hadisə nəticəsində motosiklet sürücüsünün ayağı qopub. 

Xəsarət alan sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
avtosfer.az

1Источники