RU

Azərbaycanla BTİ arasında Akselerasiya Mərkəzinin yaradılması müzakirə edilib

Azərbaycanla BTİ arasında Akselerasiya Mərkəzinin yaradılması məsələsi müzakirə edilib.

Olaylar xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında payılaşım edib.

"Cenevrəyə səfər çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüşdük. 18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə etdik.

Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi apardıq", - deyə, paylaşımda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
3
olaylar.az

10Источники