RU

Antioksidantla zəngindir: Xərçəng və şiş hüceyrələrinin böyüməsini əngəlləyir

Mütəxəssislər bildirirlər ki, böyürtkən xərçəngə qarşı faydalı ola bilər. Tərkibində “ellag turşusu” (ellagic acid) adlı maddə olan böyürtkənin xərçəng və şiş hüceyrələrinin böyüməsini əngəllədiyi elmi araşdırmalarla sübut edilib.

E-saglam.az xəbər verir ki, araşdırmalarda göstərilib ki, laboratoriya şəraitində ellag turşusunun xərçəngin başlanğıcını əngəllədiyi müşahidə olunub. Böyürtkən isə bu maddəni yüksək miqdarda ehtiva etdiyinə görə xərçəngə qarşı mübarizədə faydalı hesab olunur.

Böyürtkənin sağlamlığa 7 əsas faydası

1. Güclü antioksidant mənbəyidir

Böyürtkən yüksək miqdarda antioksidantlarla zəngindir. Bu maddələr sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəng və digər xroniki xəstəliklərin riskini azaldır.

2. Vitamin və mineral baxımından zəngindir

C, K, E vitaminləri, folat və manqanla zəngin olan böyürtkən, immun sistemini gücləndirir və sümük sağlamlığını dəstəkləyir.

3. Yüksək lif tərkibinə malikdir

Böyürtkən tərkibindəki liflər sayəsində həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və ürək-damar sağlamlığını qoruyur.

4. Ürək sağlamlığını dəstəkləyir

Antosiyaninlər və digər flavonoidlər sayəsində böyürtkən qan təzyiqini tənzimləyir, xolesterin səviyyəsini balanslaşdırır və damarların elastikliyini qoruyur.

5. Qan şəkərini tənzimləyir

Aşağı qlisemik indeksə malik olan böyürtkən, qan şəkərinin stabilləşməsinə kömək edir və xüsusilə şəkərli diabet xəstələri üçün faydalı hesab olunur.

6. Beyin funksiyalarını dəstəkləyir

Tərkibindəki polifenollar beyin sağlamlığını qoruyur, yaddaşı gücləndirir və yaşla bağlı idrak zəifləməsinin qarşısını alır.

7. Dəriyə faydalıdır

C vitamini və antioksidantlar sayəsində böyürtkən dərinin elastikliyini artırır, kollagen istehsalını stimullaşdırır və yaşlanma əlamətlərini azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
23
e-saglam.az

1Источники