RU

Ciro İmmobile İtaliya klubunda - RƏSMİ

"Beşiktaş"dan ayrılan Ciro İmmobilenin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, italiyalı forvard "Bolonya"ya keçib. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə 2025/2026 növsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni 2024-cü ilin yayında "Latsio"dan transfer etmişdi. Təcrübəli forvard "qara qartallar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
25
1
sportal.az

2Источники