RU

Azərbaycanda rus məktəbləri bağlanmayacaq, təhsil naziri

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Azərbaycanda rus məktəbləri bağlanacaqmı? Təhsil naziri deyir ki, yox, bağlanmayacaq.

"Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil. Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var", - APA agentliyi nazirin dediklərindən sitat gətirib.

Son həftələrdə şayiələr gəzirdi ki, Azərbaycanda rus məktəbləri bağlanacaq.

Hətta nazirlik adından ali təhsil müəssisələrində də rus bölmələrinin bağlanması ilə bağlı saxta məktub yayılmışdı.

Bu şayiələr Rusiyada etnik azərbaycanlıların öldürülməsindən sonra ortaya çıxıb.

Nazir isə açıqlamasında bunu təkzib edib və deyib ki, belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır.

Video açılmırsa, YouTube kanalımızda baxın.

Избранный
48
bbc.com

1Источники