“Rknuterra Trade” şirkətinin xüsusilə külli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 1 160 623,49 manat təşkil edir.
Şirkət vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır.
Qeyd edək ki, “Rknuterra Trade” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Mustafayev Həsən Nurəddin oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn