RU

İrəvan hərbi polis rəisinin müavini rüşvətə görə saxlanılıb

Ermənistanda Müdafiə Nazirliyinin Hərbi Polis xidmətinin əməkdaşı külli miqdarda rüşvət almaqda ittiham olunaraq saxlanılıb.

Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Həbsə səbəb kimi onun çağırışçılara hərbi xidmətdən yayınmağa kömək etməsi göstərilir.

Qeyd olunur ki, saxlanılan şəxs İrəvan hərbi polis rəisinin müavinidir.

Избранный
45
1
moderator.az

2Источники