RU

"Milan" 22 yaşlı müdafiəçini transfer hədəfinə alıb

İspaniyanın gənclər yığmasının sabiq üzvü Mark Pubil karyerasını daha yüksək səviyyədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə,  Segundada çıxış edən “Almeriya”nın sağ cinah müdafiəçisi həm İtaliyanın “Milan”, həm də İngiltərənin “Vulverhempton” klublarının maraq dairəsinə düşüb.

Futbolçunun nümayəndələri hazırda bir neçə klubla danışıqlar aparır. İddialara əsasən, 22 yaşlı oyunçunun transfer qiyməti təxminən 15 milyon avro olacaq.

Qeyd edək ki, Mark Pubil ötən yay “Atalanta”ya keçməyə yaxın olsa da, tərəflər arasında razılaşma bonuslarla birlikdə 20 milyon avroya çatmasına baxmayaraq, transfer baş tutmamışdı.

Geridə qalan mövsümdə Pubil “Almeriya”nın heyətində bütün turnirlər üzrə 40 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında 6 sarı vərəqə var.

Избранный
37
90deqiqe.az

1Источники