RU

“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib, helikopterlərin paradı olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib.

"Report" xəbər verir ki, təlim Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanının ərazisində təşkil olunub.

“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda baş tutan təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR, bp, FHN yanında İctimai Şura və digər qurumların rəhbər vəzifəli şəxsləri izləyiblər.

Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin, həmçinin təlimdə iştirak edən digər qurumların texnika və avadanlıqlarına baxış keçirilib.

Sonra təlim qərargahında fövqəladə halların idarə edilməsinə məsul qurumların böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb.

Избранный
31
30
aznews.az

10Источники