RU

Bu küçədə sürücülər kefləri istədiyi kimi hərəkət edir; hər cür təhlükə yaradırlar - VİDEO

İtaliyada aviasiya sənayesi işçiləri tətilə başlayıblar.

Avtosfer.az xəbər verir ki, ölkədəki 4 böyük həmkarlar ittifaqının çağırışı ilə milli tətil elan olunub.

Tətil səbəbindən paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanında, ölkənin ikinci ən böyük şəhəri olan Milandakı “Linate” aeroportunda 100-dək daxili və beynəlxalq aviareys ləğv olunub. Hava limanlarında sərnişin sıxlığı yaranıb, bu, insanlar arasında təşvişə səbəb olub. İtaliya Mülki Aviasiya İdarəsi (ENAC) zəmanətli uçuşların yenilənmiş siyahısını dərc edib.

Tətil milyonlarla italiyalı və xarici turistin geri dönüş və ya işgüzar səfərlər üçün hava limanlarından tranzit keçdiyi pik yay mövsümünün ortasında kritik bir vaxta keçirilib. “Italia Rimborso” şirkətinin hesablamalarına görə, 210 mindən çox səyahətçi gecikmələr, ləğvlər və gözlənilməz cədvəl dəyişikliklərindən təsirlənəcək.

Избранный
19
avtosfer.az

1Источники