RU

Saşa İliçin köməkçiləri bəlli oldular

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın baş məşqçisi Saşa İliçin məşqçilər korpusu müəyyənləşib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaqlar.

Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç, qapıçılar üzrə məşqçi vəzifəsini isə Emil Babayev yerinə yetirəcək.

Xatırladaq ki, Saşa İliç bir neçə gün öncə “Sumqayıt”la 1 illik müqaviləyə imza atıb. Onun köməkçiləri ilə də eyni müddətə müqavilə imzalanıb.

Избранный
36
11
arena.az

10Источники