RU

Putinə qarşı yeni “cəbhə” açılır – Tramp böyük oyuna start verdi

  ABŞ-da Ukrayna ilə bağlı verilən açıqlamalar bir-birini təkzib edir. Belə ki, dövlət katibi Marko Rubionun NATO-nun müdafiə potensialının tükəndiyi ilə bağlı çıxışı Alyansın gələcəkdə Kiyevə dəstəyində çətinliklər yarana biləcəyinə işarə edir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Kiyevə silah yardımını bərpa edəcəyi barədə yayılan məlumatlar vəziyyətin tam əksini göstərir. Bu isə rəsmi Vaşinqtonun Ukrayna siyasətində ziddiyyətli yanaşmaların mövcud olduğunu ortaya qoyur.

Belə bəyanatlar necə izah oluna bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, hər iki fikrə müəyyən mənada haqq vermək mümkündür:

“Rubio NATO-nun silah anbarlarında olan bütün resursların Ukraynaya göndərildiyini və Alyansın arsenalında olan silah və mərmilər istifadə olunduğunu demək istəyir. Bir müddət Kiyevə silah göndərilməsində çatışmazlıq yaşanmışdı. Məsələn, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Rumıniya və digər ölkələr həm Sovet, həm də müəyyən NATO istehsalı olan silahları Ukraynaya göndərmişdilər. Bu baxımdan, Rubionun çıxışını bir növ uğurlu saymaq olar. Burada dövlət katibinin toxunmadığı məsələ də var. Belə ki, ABŞ NATO ölkələrinin köhnə silahlarını Ukraynaya göndərməklə, həmin ölkələrin yeni silah təchizatına şərait yaradıb. Yəni, köhnə Sovet istehsalı silahlarından xilas olan bu ölkələr, əvəzində yeni silahlarla təmin olunurlar. Lakin onların miqdarı və keyfiyyəti bəzən yetərli olmaya, qıtlıq yarana bilər”.

Politoloq bildirib ki, Trampın Ukraynaya silah tədarükü ilə bağlı açıqlaması, həm də Rusiya Prezidenti Vladimir Putinin sülh məsələsində səmimi olmadığına işarə edir:

“Ağ Ev rəhbəri liberalların və Avropa İttifaqının (Aİ) mövqeyinə yaxınlaşır. Bu dəyişiklik, ABŞ-ın xarici siyasətdə yeni bir istiqamət seçdiyini göstərir və həmçinin Ukrayna məsələsində daha güclü bir dəstək təmin etmək məqsədi güdür. Vaşinqtonda Kiyevə silah göndərilməsinin dondurulması ilə bağlı ziddiyyətli xəbərlər var. Bu, ABŞ-ın Ukrayna ilə bağlı xarici siyasətində bir sıra qarışıqlıqların və daxili mübahisələrin olduğunu göstərir. Trampın silahlarla bağlı son açıqlaması bəlkə də Rusiyanı münaqişədən çəkindirmək və onu danışıqlar masasına qayıtmağa məcbur etmək niyyətini daşıyır”.  

Избранный
47
referans.az

1Источники