"Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk 6 ayında 111 milyondan çox sərnişinə xidmət göstərdiyini açıqlayıb.
Bildirilib ki, ən çox sərnişin may ayında daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.
Ötən yarımildə 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir.
Ölkə.az son 6 ay ərzində ən çox sərnişin daşıyan metro stansiyaların siyahısını təqdim edir:
1.”Koroğlu”
2. “28 May”
3. “20 yanvar”
4. “Nəriman Nərimanov”
5. “Gənclik”
6. “Elmlər Akademiyası”
7.”Neftçilər”
8.”Əhmədli”
9. “İnşaatçılar”
10. “Sahil”