RU

Almaniyada dünyasını dəyişən azərbaycanlı tələbə DƏFN EDİLDİ - FOTO

Almaniyada vəfat edən 18 yaşlı azərbaycanlı tələbə Kənan Camal oğlu Səfərovun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Lənkəran rayonunun Digah kəndində dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Almaniyanın Münhen şəhərində təhsil alan tələbənin meyiti iyulun 5-də yaşadığı evdə tapılıb.
 

Cənazəsi bu gün Azərbaycana gətirilib və Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.


Yaxınlarının bildirdiyinə görə, ilkin ehtimala əsasən, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında yaranan tromb olub.

Qeyd edək ki, ailənin yeganə övladı olan Kənan Səfərov Almaniyada birinci kurs tələbəsi idi və altı ay əvvəl təhsil almaq üçün bu ölkəyə getmişdi. Təhsil öncəsi anası ilə birlikdə Bakı şəhərində yaşayırdı.





Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
33
bizim.media

1Источники