RU

Əbu-Dabi görüşü:Azərbaycanın növbəti diplomatik uğurunun və ilbəil artan qlobal nüfuzunun göstəricisidir- ÖZƏL

"Bu ilin martın ortalarında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzərində iş başa çatdırılsa da, lakin İrəvan Bakının ilkin şərtlərinə əməl etmədiyi üçün yekun sazişin imzalanması baş tutmadı: Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk Qrupunun buraxılması. Bu razılaşmadan sonra Azərbaycan və Ermənistan liderləri bir dəfə may ayında Albaniyanın paytaxtında görüşsələr də, heç bir razılaşma və ya irəliləyiş nəzərə çarpmamışdı."

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında bildirib:
"Xatırlayırıq ki, Ermənistanın Azərbaycan torpaqlarını vaxtilə işğal altında saxladığı dövrdən 2020-ci ilə qədər münaqişənin danışıqlar yolu ilə həll üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərinin necə vasitəçi olduğunun şahidiyik. Ona görə də Qalib dövlət kimi sülh təşəbbüskarı və regional liderliyi ilə 4 ildən artıq vaxtda ölkəmizin qazandığı diplomatik uğurların üzərinə ilbəil yenisi əlavə olunur. 
Sülh müzakirələri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərində 5 saata qədər davam edən təkbətək görüşünü hər iki tərəf, eləcə də regional sabitlik və gələcək perspektivlər üçün faydalı adlandırmaq olar. Uzun illərdir işğalçılıq siyasəti ilə regional əməkdaşlığı və normal qonşuluq əlaqələrini zədələyən, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistan Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində regionda yaratdığı yeni reallıqlardan sonra konstruktiv danışıqlara gəlməyə məcbur oldu. Vasitəçisiz danışıqlar olduqca əhəmiyyətli olsa da, rəsmi İrəvanın üzərinə düşən və görməli olduğu işlər çoxdur, bu da siyasi iradə tələb edir ki, kənar dövlətlərin müdaxilələrini mümkün qədər zərəsizləşdirsin. 
Müharibədən sonra diplomatik müzakirələrin başladığı vaxtdan Ermənistanın bütün hallarda danışıqlara üçüncü tərəfləri daxil etmək niyyəti heç bir müsbət nəticə vermədiyinin 4 ildən çox müddətdir ki, şahidiyik. Siyasi irdəsizlik nümayiş etdirən İrəvan rəhbərliyi zaman keçdikcə bu siyasi oyunun özünə də fayda vermədiyini az da olsa anlamağa başladı. Bu baxımdan da Prezident İlham Əliyevin siyasi iradəsi və prinsial mövqeyi Ermənistanı vasitəçisiz görüşə gəlməyə vadar etdi, bu səbəbdən də Əbu-Dabi görüşü Azərbaycanın növbəti diplomatik uğurunun və ilbəil artan qlobal nüfuzunun göstəricisidir.  
Neytral məkan olaraq Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan-Ermənistan danışıqlarının ev sahibi kimi tarixi görüşə şahidlik etdi. Hər iki ölkədən bütün istiqamətlər üzrə danışıqlarda səlahiyyətli şəxslərin iştirakı sülh, regional sabitlik və münasibətlərin normallaşdırılması üçün irəliyə doğru atılmış önəmli addım oldu."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники