RU

Belarus rəsmisi: ABŞ Avropanı səssiz şəkildə hərbiləşdirir

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

ABŞ və onun müttəfiqləri Avropanı sakit və ardıcıl şəkildə hərbiləşdirir.

Doğru.az xəbər verir ki, bu barədə Belarusun Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Pavel Muraveyko “Belarus Seqodnya” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Avropanı hərbiləşdirmək üçün “unikal və sistemli bir əməliyyat” həyata keçirib.

Muraveyko bildirib ki, Vaşinqton Avropa ölkələrini ABŞ hərbi-sənaye kompleksindən asılı vəziyyətə salıb və bütün qitəni “hərbi iynəyə” oturdub. O, ehtimal edir ki, yaxın gələcəkdə Amerika Avropadan öz silah standartlarını qəbul etməyi belə tələb edə bilər.

Qeyd edək ki, bundan əvvəl Polşanın Myśl Polska nəşri də Avropadakı bu proseslərə diqqət çəkərək bildirmişdi ki, Varşava Aİ və NATO-ya kor-koranə güvəndiyi üçün ölkənin təhlükəsizliyi və suverenliyi ciddi təhdid altına düşə bilər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
dogru.az

1Источники