RU

İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı iləölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində“Tərlan - 2025” birgə taktiki-uçuş təlimi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuştapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindəndəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrəqarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılaryüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Təlim zamanı taktiki və əməliyyat PUA-larının uçuşları həyatakeçirilib. Əraziyə çıxarılan mini PUA-lar vasitəsilə əvvəlcədənaşkar edilmiş hədəflər barədə detallı kəşfiyyat məlumatlarıtoplanıb, daha sonra isə əməliyyat-taktiki PUA-lar vasitəsilə həminhədəflər zərərsizləşdirilib.

Təlim rəhbərliyi şəxsi heyətin peşəkarlığını və hazırlıqsəviyyəsini yüksək qiymətləndirib.

Sonda “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində xüsusifərqlənən Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları “Hərbiəməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və qiymətlihədiyyələrlə mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdimolunub, xatirə şəkli çəkdirilib.

İkitərəfli
İkitərəfli
Məqalədə:
Избранный
11
39
az.trend.az

10Источники