RU

Makron protokola tabe olmadı: İngilislər qəzəbləndi

Fransa prezidenti Emmanuel Makron İngiltərəyə üç günlük rəsmi səfəri zamanı Vindzor Sarayında keçirilən mərasimdə iki dəfə krallıq protokolunu pozaraq diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, keçirilən rəsmi qarşılanma mərasimində Makron Kral Çarlzdan əvvəl addımlayaraq ev sahibinin arxasında yer alma qaydasını pozub.

İngiltərə protokolunda qonaq dövlət başçısının əvvəlcə kralı qarşılaması və məhz onun arxasında irəliləməsi tələb olunur. Sosial mediada istifadəçilər bu addımı “krallığa hörmətsizlik” kimi qiymətləndirib.

Mərasim zamanı Makron Qrenader Qvardiyasının zabitinin çiyninə toxunaraq mərasim qaydalarını yenidən pozub. İngiltərə krallığının hərbi-etik koduna görə, protokol zamanı qvardiya üzvlərinə fiziki təmas yolverilməzdir. Zabitin bu an çaşqınlıqla geri dönməsi lentə düşüb və geniş müzakirə yaradıb.

Избранный
36
publika.az

1Источники