RU

“Terra Group” və “Prometheus”un rəhbərinə “stop” qoyuldu

“Terra Group” və “Prometheus” şirkətlərinin rəhbərinə “stop” qoyulub. 

Valyuta.az xəbər verir ki, hər iki şirkətin dövlət büdcəsinə borcu olduğundan və borc ödənilmədiyindən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. 

Qurum ərizəsində borc ödənilədək hər iki şirkətə rəhbərlik edən şəxsə “stop” qoyulmasını istəyib. 

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Ülkər Həsənova iddianı təmin edib. 
“Terra Group” şirkəti 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. 
“Prometheus” şirkəti isə 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. 
Hər iki şirkətin rəhbəri Hümbətov Anar Rüstəm oğludur. 

“Terra Group” şirkətinin hazırda 503,68 manat, “Prometheus” şirkətinin isə 2446,02 manat vergi borcu var. 

Hüseyn

Избранный
25
valyuta.az

1Источники