RU

Əlində benzin çəlləyi olan qadın baş nazirin ofisinə HÜCUM ETDİ

Varşavada əlində benzin çəlləyi olan qadın Polşanın baş naziri Donald Tuskun ofisinə girmək istəyib.

Publika.az xəbər verir ki, bu barədə "RMF FM" xəbər verir.

Bildirilir ki, qadının məqsədi onun evinin damından guya kirəmit oğurlamasını nazirə şikayət etmək olub. Lakin qadın yanğın törətməyə cəhd etməyib.

"Yaşlı qadın baş nazirin ofisinə doğru gedib. O, əlində beş litrlik çəllək tutub ki, bu da hadisə yerində təhlükəsizlik xidmətinin şübhələrinə səbəb olub", - deyə məlumatda qeyd olunur.

Polşa Daxili İşlər Nazirliyinin nümayəndəsi Yasek Dobjinskinin sözlərinə görə, qadının psixiatrik yardıma ehtiyacı olub və bu səbəbdən xəstəxanaya aparılıb.

Избранный
26
publika.az

1Источники