RU

Bu proqramlar şəxsi məlumatları oğurlayır

Mobil təhlükəsizlik üzrə araşdırmalar göstərir ki, bir çox zərərli proqramlar istifadəçilərin xəbəri olmadan onların cihazlarına yerləşdirilir. Bu tip proqramlar adətən tanımadıqları linklərə kliklədikdə, rəsmi olmayan sayt və ya tətbiq mağazalarından fayl endirdikdə yüklənir. Viruslu proqramlar mobil cihazlarda məlumat oğurluğu, şifrə sızması və cihazın tam nəzarətə götürülməsi ilə nəticələnə bilər.
Belə proqramlar istifadəçinin xəbəri olmadan: - arxa planda işləyir,- şəxsi məlumatları toplayır,- bank hesablarına giriş əldə edir,- cihazı yavaşladır,- reklamlarla ekranı doldurur.Təhlükəni artıran amillər:- Rəsmi olmayan mənbədən proqram yükləmək,- Cazibədar vədlərlə (pulsuz internet, oyun hackləri və s.) aldatmaq,- Tətbiqlərin tələb etdiyi lazımsız icazələri təsdiqləmək.Mütəxəssislər tövsiyə edir:- Yalnız rəsmi tətbiq mağazalarından yükləmə edin;- Antivirus proqramlarından istifadə edin;- Tətbiqlərin icazələrini mütləq yoxlayın;- Şübhəli linklərə klik etməyin.

Nəticə olaraq, sadə ehtiyatsızlıq şəxsi məlumatların itməsi və maliyyə fırıldaqları ilə nəticələnə bilər. Mobil təhlükəsizlik gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır.

Избранный
22
metbuat.az

1Источники