Dünən Çempionlar Liqasında yeni mövsüm start götürüb. 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Olimpiya” “Kayrat”ı qəbul edib və heç-heçə ilə kifayətlənib – 1:1.
Deyə bilərsiz ki, “Olimpiya” – “Kayrat” oyunundan bizə nə?
Lyublyana təmsilçisi “Olimpiya” “Sloveniya” çempionudu. Özü də son mövsümdə “Sabah”ın sabahkı rəqibi “Selye”ni 13 xal qabaqlayıb. Demək istədiyimiz odu ki, Sloveniyanın çempionu budusa, “Selye”si nə olacaq?
Bir qədər də aydınlaşdıraq: “Selye”ni gözümüzdə böyütməyin, ondan çəkinməyin adı yoxdu. “Sabah” “Selye”dən güclüdü ki, zəif deyil. Elə isə iş başına – futbolçular meydanda, azarkeşlər tribunada bacarığını göstərməlidi. Bax, onda qələbə də olacaq, növbəti mərhələyə vəsiqə də!
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта