“Daşnaksütyun” Erməni İnqilab Federasiyasını qadağan etmək barədə yenidən düşünməyin vaxtıdır.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hasmik Akopyan öz “Facebook” səhifəsində yazıb.
O, xüsusilə qeyd edib:
“Əziz dostlar, əminəm ki, təhlükəsizlik sistemimizin “Daşnaksütyun” üzvlərinin evlərindən aşkarlayaraq müsadirə etdiyi arsenalı siz izləyirsiniz. Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Artıq “Daşnaksütyun”u yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtı çatıb”.
Musavat.com