RU

Bir gecədə yüzlərlə zəlzələ oldu

ABŞ-nin Vaşinqton ştatında yerləşən Reynir vulkanı ərazisində yüzlərlə kiçik yeraltı təkan müşahidə olunub. Halbuki adətən ərazidə ay ərzində doqquz zəlzələ qeydə alınır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata əsasən, təkanlar gecə saatlarında başlayıb və dəqiqədə bir neçə dəfə baş verib. Zəlzələlərin ocaqları Reynir dağının zirvəsindən təqribən 1,9-6 km dərinlikdə yerləşib.

Bununla belə alimlər narahat olmamağa çağırıblar və Reynir dağı üçün təhlükə səviyyəsinin, həmçinin rəngli xəbərdarlıq kodunun əvvəlki kimi qaldığını açıqlayıblar.

Milli.Az

Избранный
57
50
milli.az

10Источники