RU

Yəmən husiləri Təl-Əvivdəki Ben-Qurion hava limanına zərbə endirdilər

"Ənsar Allah" üsyançı hərəkatından olan yəmənli husilər Təl-Əvivin Ben-Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.

"Yəmənin raket ordusu "Zülfiqar" ballistik raketindən istifadə edərək, Yaffanın (Təl-Əviv - red.) işğal olunmuş ərazisindəki Ben-Qurion hava limanına hücum edərək yüksəkkeyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat öz məqsədinə çatıb", - deyə hərəkatın nümayəndəsi qeyd edib.

Избранный
24
2
avtosfer.az

3Источники