RU

Bakı metrosu bu il 111 milyondan çox sərnişin daşıyıb

AZCON Holding-in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk 6 ayında 111 milyondan çox sərnişinə xidmət göstərib.

Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC" məlumat verib.

Məlumata görə, ən çox sərnişin may ayında daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.

Ötən yarımildə 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir
 

Şəfa Hüseynli

Избранный
19
1
operativmedia.az

4Источники