Şuşa. Trend:
Müharibədən sonra ölkənizin inkişaf sahəsində bu qədər uğurqazanması məni heyrətləndirdi.
Trend xəbər verirki, bunu filippinli səyyah Coza Mey Riçards Şuşa şəhərinə səfərizamanı jurnalistlərə açıqlamasında deyib.
“Hazırda burada olmaq mənim üçün əsl zövqdür, kənd təsərrüfatıvə infrastrukturun inkişafı üçün nə qədər iş görüldüyünü görməktəsiredicidir. Buradakı insanlar son dərəcə dözümlüdür, sizölkənizi bərpa etmək üçün böyük əzmlə çalışırsınız.
Belə ağır bir tarixi keçmişə malik bir xalq üçün sülh uğrundahəyatını qurban verənləri xatırlamaq xüsusilə kədərlidir. Təbii ki,biz filippinlilər olaraq bütün dünyada sülhün bərqərar olmasınıürəkdən arzulayır və onun gələcəkdə də qorunub saxlanacağına ümidedirik”, - deyə o bildirib.
Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfərçərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olansəyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyiplanlaşdırır: Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam- Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl.
Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin“qara turizm” (black tourism) çərçivəsində aparılan genişmiqyaslıbərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd ilərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizmklublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarətediblər.