RU

Azərbaycanlı qız bacarığı və hekayəsi ilə təəccübləndirdi - Video

Türkiyənin “NOW” kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye” yarışmasına azərbaycanlı qız qatılıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, Günay Nuriyeva adlı qız gimnast olduğunu deyib. O, istedadını nümayiş etdirdikdən sonra həyat hekayəsini danışıb. Onun həyatı ilə bağlı dedikləri studiyadakıları təsirləndirib.

O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib.

Münsiflər onun illərlə üzərində çalışmasını alqışlayıblar. Günay 4 münsifdən də "hə" cavabı alalıb və növbəti mərhələyə keçib.

Qeyd edək ki, yarışmada münsif kürsüsündə aktrisalar Eda Ece, Şevval Sam, aktyor-aparıcı İlker Ayrık və müğənni Hande Yener oturur.

Избранный
22
3
axar.az

4Источники