RU

Fransa SCALP/Storm Shadow qanadlı raketlərin istehsalını bərpa edir

Fransa öz tərəfdaşları ilə birlikdə Ukraynadakı müharibə zamanı özünü yaxşı tərəfdən göstərən SCALP/Storm Shadow qanadlı raketlərin istehsalını 15 ildən sonra bərpa edib.

Herbiand.az bildirir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Silahlı qüvvələrimizi təchiz etmək üçün SCALP raketlərinin istehsalı bizim sonuncu əmrimizdən 15 il sonra, 2025-ci ildə bərpa olunacaq”, - müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya verilən Fransa-Britaniya SCALP/Storm Shadow raketləri müasir yüksək intensivlikli döyüş əməliyyatlarında və həlledici vəziyyətlərdə effektivliyini sübut edib: “Fransa, Böyük Britaniya, İtaliya və Almaniyanın birgə müəssisəsi olan MBDA Avropanın aparıcı müdafiə sənayesinin simvoludur”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
69
herbiand.az

1Источники