RU

Filippinli səyyah: Qarabağın təbiəti çox gözəldir VİDEO

Şuşa, 10 iyul, T.Ağaməmmədov, AZƏRTAC

Dünyanın bir çox ölkəsində olmuşam, indi isə Azərbaycandayam. Düşünürəm ki, Qarabağın iqlimi, havası, təbiəti çox gözəldir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyətinin tərkibində Şuşaya səfər edən filippinli səyyah Rey Domingo Tanatan deyib.

“Mən burada dağıntılarla yanaşı, tikinti-quruculuq işlərinin də şahidi oldum”, - deyə o əlavə edib.

Beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Избранный
37
2
azertag.az

3Источники