Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
"Para para para" mahnısı ilə məşhurlaşan Rüçhan Çamay vəfat edib.
BAKU.WS xəbər verir ki, müğənni 94 yaşında dünyasını dəyişib.
Bu barədə aktrisanın qızı Melike Demirağ məlumat yayıb.
"Anam, həyat dostum,sirdaşım. Sənsiz çətin olacaq" - deyə o qeyd edib.

Xatırladaq ki, Rüçhan Çamay 30 may 1931-ci ildə İstanbulda anadan olub. Ankara Dövlət Konservatoriyasında fortepiano və vokal təhsilini bitirib.
Hələ 12 yaşında Ankara Radio Uşaq Klubunda mahnı oxumağa başlayıb. O Cahide Sonku ilə birlikdə "Yuvamı Yıkamamazın" filmində də çəkilib.
1950-ci illərdə İstanbul Radiosunda caz proqramlarının aparıcısı olub və eyni dövrdə İstanbul Gecələri kimi filmlərdə həm aktyor, həm də müğənni kimi çıxış edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.